AVTO-DAYƏ – elə bir uşaqlar üçün taksi xidməti ki, onun vəzifəsinə uşaqları uşaq tədris mərkəzlərinə, idman bölmələrinə, dərnəklərə və geriyə evə müşayiət etmə daxildir.
AVTO-DAYƏ xidməti adi taksi sifarişindən fərqlidir, çünki burada sürücü uşağı sadəcə göstərilən ünvana çatdırmaqdan əlavə, onu konkret şəxsə, məsələn, müəllim və ya etibarlı şəxsə təhvil verir və videomüşahidə sistemi vasitəsilə valideynlərə onlayn rejimində səfər haqqında ətraflı məlumatı ötürür. AVTO-DAYƏ layihəsi çərçivəsində fəaliyyət göstərən bütün sürücülər uzunmüddətli qəzasız sürücülük stajına, rahat və qüsursuz işləyən avtomobilə malikdirlər.
AVTO-DAYƏ xidmətinin əsas üstünlükləri:
– təlim almış personal
– rahat avtomobillər
– operativ xidmət
– transfer zamanı onlayn translyasiya