ULDUZ Taxi maraqlı və maarifləndirici yeni “Bakının Ulduzları” layihəsinə start verir. Bu gündən etibarən ULDUZ Taxi ilə paytaxtımızın həm qədim, həm də müasir məşhur memarlıq abidələrinə səyahətlərimizi və abidələrimiz haqqında məlumatları sizinlə bölüşəcəyik. İlk paylaşımımız "Hökümət Evi" ilə bağlıdır .

Bakı şəhərinin mərkəzində yerləşən inzibati bina. Binanın memarları Lev Rudnev və Vladimir Muntsdur. Sarayın inşasına 1924-cü ildə, ASSR- in yenicə qurulduğu dövrdə başlanmış və mürəkkəb inşaat işləri 1952-ci ildə tamamlanmışdır. Memar Nəriman Əliyevin bildirdiyinə görə, rəsmi Moskva hazırkı Hökumət Evinin tikilməsi qərarına XX əsrin 20-ci illərinin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak ediblər. Onların əsərləri bu günə kimi ən layiqli əsərlər sırasındadır. Lakin məlum səbəblər üzündən həmin layihə təsdiqlənmədi. Mütəxəssislər qeyd edirlər ki, onların layihəsi daha təkmil və əzəmətli idi. Moskvadan münsiflər heyəti müsabiqədə birinci yeri Lev Rudnevə veriblər.