Ulduz Taxi Bakı səyahətinə davam edir!
Hökumət evindən sonra növbəti təyin olunmuş ünvan Heydər Əliyev mərkəzidir. Hökumət evindən Heydər Əliyev mərkəzinə *5000 ilə cəmi 2.93 AZN ödəməklə gedə bilərsiniz.
Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzidir. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın mərhum prezidenti Heydər Əliyevın adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.
Kompleksin ərazisi 15,93 hektardır.Kompleksin layihəsində demək olar ki, düz xəttlərdən istifadə edilməmişdir. Bina özü dalğavari quruluşa malik olmaqla yerlə təmas edərək düzgün və harmonik görüntü formalaşdırır. Belə bir memarlıq quruluşu postmodernist memarlığı təmsil etməklə, həm də sonsuzluq effekti formalaşdırır. Binanın xəttləri sanki keçmişlə gələcəyin birləşməsini simvolizə edir.
Binanın inşası zamanı, ümumi uzunluğu 90 km olan dəmir konstruksiyalar şəbəkəsindən istifadə edilmişdir. Dam örtüyünün quraşdırılması zamanı, ümumi sahəsi 4 ha olan və 12027 ədəd xüsusi tərkibli müxtəlif ölçülü və üçbucaq, düzbucaqlı, trapesiya, paraleloqram həndəsi formalı panellərdən istifadə olunmuşdur.